Modern.az

Şadlıq evində musiqiçinin başına butulka çırpılıb

Şadlıq evində musiqiçinin başına butulka çırpılıb

7 Aprel 2017, 00:18

Bakıda şadlıq evində musiqi qrupu üzvünün başına butulka çırpılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, "Ordubad" Şadlıq evində sintezatorda musiqi ifa edən 1991-ci il təvəllüdlü Şirinov Rəmzi Ramiz oğlu toyda iştirak edən şəxslə mübahisə edib. Sərxoş vəziyyətdə olan qonaq (hələlik adı açıqlanmır) R.Şirinovun baş nahiyəsinə şüşə butulkanı çırpıb. Nəticədə R.Şirinovun üz nahiyəsi kəsilib.

R.Şirinov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza