Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az saytına məlumat verilib.
Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az