Modern.az

Yusif Səmədoğlunun “Qətl günü” Türkiyədə oxuculara təqdim olunub

Yusif Səmədoğlunun “Qətl günü” Türkiyədə oxuculara təqdim olunub

7 Aprel 2017, 11:43

Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilir.

Modern.az xəbər verir ki, Layihə üzrə Yusif Vəzir Çəmənzəminli “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” kitablarının ardınca cari ildə Xalq yazıçısı Yusif Səmədoğlunun sevilən əsəri “Qətl günü” romanı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.

Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi “Qətl günü” romanı qardaş xalqın rəğbəti ilə qarşılanıb.

Qeyd edək ki, Yusif Səmədoğlunun humanist ideyaları təbliğ edən “Qətl günü" tarixi, psixoloji romanı bədii-estetik və sosial-ictimai mahiyyətinə görə son dövr nəsrimizin dəyərli bir nümunəsidir. Əsərdə üç müxtəlif dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb. Ədəbiyyatşünaslar "Qətl günü" romanını Azərbaycan nəsrinin yeni mərhələsi hesab edirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza