Modern.az

Ermənistanda divizion komandiri yaralandı

Ermənistanda divizion komandiri yaralandı

7 Aprel 2017, 12:02

Ermənistanın Kotayk vilayətində yol qəzası baş verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında “Mercedes” markalı avtomobilin Argel kəndi yaxınlığında yoldan çıxaraq çevrilməsi nəticəsində 38 yaşlı Karen M. yaralanıb.

 

Onun Ermənistandakı hərbi hissələrdən birində divizion komandiri olduğu və polkovnik-leytenant rütbəsi daşıdığı bildirilir.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza