Modern.az

MTN generalı və digərlərinin həbs müddəti uzadıldı

MTN generalı və digərlərinin həbs müddəti uzadıldı

7 Aprel 2017, 13:24

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin həbs müddəti uzadılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.

Qeyd edək ki, həmin şəxslərin barəsində olan cinayət işi bir müddət əvvəl yekunlaşaraq baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

MTN ətrafında baş verən hadisələrdən sonra MTN-in Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Daha sonra o, həbs edilib.

MTN işi üzrə təqsirləndirilən şəxslərin cinayət işi bir neçə yerə ayrılıb. Onlardan idarə rəisi Akif Çovdarov, general Sübahir Qurbanov və digərlərinin məhkəmə prosesi hazırda Bakı Hərbi Məhkəməsində davam edir.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza