Modern.az

ADU-da Ümumdünya Sağlamlıq Günü ilə bağlı tədbir keçirilib

ADU-da Ümumdünya Sağlamlıq Günü ilə bağlı tədbir keçirilib

Aktual

7 Aprel 2017, 17:23

Aprelin 4-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə vəTibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı  ilə 2 Aprel- Ümumdünya  Autizm Günü və7 Aprel - Ümumdünya  Sağlamlıq Gününəhəsr olunan “Sağlam cəmiyyət naminə” adlı tədbir keçirilib.

 

 

Modern.az xəbər verir ki, Tədbirdə Mülki  müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova, ŞəmsUşaq Mərkəzinin həkim psixoloqu Xədicə Həbibullayeva, həmçinin universitetin müəllim və tələbələri iştirak ediblər. Psixoloq X.Həbibullayeva tələbələrə autizm spektr pozğunluğu, xəstəliyin müalicə metodları, davranış pozuntularıbarədə ətraflı məlumat verib. Autizmli uşaqların səciyyəvi xüsusiyyətlərə malik olduqlarını vurğulayanX.Həbibullayeva onlarda göz təması qurma, gülümsəməyə cavab, adını çağırdıqda dönüb baxmama və sadə təqlidə əsaslanan bacarıqların inkişaf etmədiyini iştirakçıların diqqətinə çatdırıb. O,valideynlərin övladlarının davranışlarını müşahidəsinin, bəzi problemləri erkən aşkar etmələrinin uşağın müalicəsində əhəmiyyətli rol oynadığını söyləyib. Daha sonra depressiyanın ətrafımızda meydana gələn hadisələrə qarşı reaksiya olduğunu söyləyənX.Həbibullayeva depressiyanın istənilən yaşda hər fərddə görülə biləcək ruhi bir xəstəlik olduğunu qeyd edib.

 

Daha sonra autizmin əlamətləri, bu xəstəliyin daşıyıcılarının sosial münasibətlərdə yaşadığı narahatlıqlar, nitq qabiliyyəti və insanlarla ünsiyyətlərində baş verən pozğunluqdan söhbət açan dosent S.Zamanova autistik uşaqların riyaziyyat bacarıqları, əzbərləmək, rəsm əsərləri çəkmək və digər xüsusi qabiliyyətlərə sahib olduqlarını qeyd edib. O, xəstəliyin yaranmasında genetik faktorların rolunun olduğunun fərz edildiyini deyib,ancaq bu sahədə araşdırmaların hələdavam etdirildiyini də sözlərinə əlavə edib.

 

1948-ci ildə təsis olunan Ümumdünya Sağlamlıq Gününün əhəmiyyəti barədə çıxış edən S.Musayeva insanların xəstəliklərlə mübarizə aparmasında maarrifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O, istənilən xəstəliklə mübarizədə erkən diaqnoz qoyulmasını zəruri hesab etdiyini söyləyib.

 

Tədbir diskussiya şəklində sona yetib.

 

Modern.az 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza