Milli Məclisin bu gün keçirilən iclasında gündəlikdəki olan qanun layihələrindən biri çıxarılıb.
Modern.az xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Deputat bildirib ki, bu Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsidir.
“Qanun layihəsinin təkmilləşdirilməsi üçün Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti vaxt istəyib. Biz də ona görə bunu gündəlikdən çıxardıq. Tezliklə bu məsələyə baxılacaq”.
Mirmahmud KAZIMOĞLU