Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin üzvü Malik Həsənov məlumat verib.
Dəyişikliyə əsasən, yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdiriləcək.
Layihə səsə qoyularaq qəbul edilib.
Həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər də müzakirəyə çıxarılıb. Layihə barədə Gegional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov məlumat verib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Mirmahmud KAZIMOĞLU