Bu gün Bakıda Milli Şuranın siyasi və sosial tələblərlə etiraz mitinqi keçirilib. Modern.az saytı xəbər verir ki, Milli Şuranın etiraz aksiyası metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Məhsul” stadionunda təçkil olunub.
Aksiyaya Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli rəhbərlik ediblər.
Qeyd edək ki, mitinqə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən icazə verilib.
Mitinqin sonunda aksiyanın qətnaməsi oxunub.
Aksiya insidentsiz başa çatıb
Modern.az