Modern.az

Baki Şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqinə 1500 nəfər gəldi

Baki Şəhər Baş Polis İdarəsi: Milli Şuranın mitinqinə 1500 nəfər gəldi

8 Aprel 2017, 17:24

Baki Şəhər Baş Polis İdarəsi Milli Şuranın aprelin 8-də Bakıda keçirdiyi mitinqlə bağlı məlumat yayıv.
İdarənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirilib. 

“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”,-deyə rəsmi məlumatda bildirilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza