ABŞ-ın eks prezidenti Barak Obama, Şimali Korenı keçirdiyi raket sınaqlarına görə çox sərt bir şəkildə pisləyirdi. Ancaq keçirdiyi çılğın nüvə sınaqlara baxmayaraq, Şimali Koreyaya bu günə qədər heç bir ölkədən, hər hansı bir müdaxilə gəlməyib.
Modern.az xəbər verir ki, hazırki ABŞ prezidenti Donald Trump, seçim ərəfəsində bəzi ölkələrə dərs verilməsi lazım olduğunu demişdi. Vəzifəyə gəldikdən sonra, keçdiyimiz günlərdə Əsədin İdlibde törətdiyi qırğına səssiz qalmayan Trump, Suriya rejimini Tomahavk raketləri ilə vurulması əmrini verib.
İndi isə ABŞ, nüvə raket sınaqlarından əl çəkməyən və balistik raket texnolohiyasını inkişaf etdirməyə çalışan Şimali Koreyaya gözdağı vermək üçün, USS Karl Vinson təyyarə daşıyan gəmisinin öndə getdiyi hücum donanmasını Koreya Yarımadasına getmək üzrə üçün Sakit Okeana doğru yola çıxardı.
ABŞ Müdafiə Nazirliyinin mənbələri, USS Karl Vinson təyyarə daşıyan gəmisinin rəhbərliyindəki hücum donanmasının, Sinqapurdan Koreya yarımadasına getmək üçün irəlilədiyini açıqlayıb.
Qafar Ağayev