Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində baş tutan “Qarabağ” – “Qəbələ” matçını izləyənlər arasında kikboksinqin WBC versiyası üzrə dünya çempionu, azərbaycanlı idmançı Zabit Səmədov da var idi. Dünya çempionu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Modern.az saytının əməkdaşının da iştirak etdiyi qısa müsahibəni təqdim edirik:
- Futbola tez-tez gedirsiz?
- Düzünü desəm, Azərbaycanda ilk dəfədir azarkeş kimi futbol izləməyə gəlmişəm. “Qarabağ” komandasının rəhbərliyindən dəvət almışdım. Təbii ki, bu kiomandanın azrkeşi kimi oyunu izlədim. Ümumən götürsək “Qarabağ” son zamanlar Avropada bizim futbola maraq yaradan bir komandadır. Ümid edirəm ki, bu davamlı olar.
- Bu günün qəhrəmanları “Qarabağ” - “Qəbələ” bir ay sonra Naxçıvanda yenidən qarşılaşacaqlar. Həmin oyunda azarkeş kimi iştirak edəcəksiz?
- Burada qalmağa o qədər çox zamanım yoxdur. Qismət olar Avropa oyunlarında gələrəm. Sözsüz ki, Azərbaycan bayrağı harada təmsil olunursa dəstəkləyirik. “Qəbələ” “Qarabağ” və ya digər komandaların olması fərq etməz.
- Milli komandanı izləyirsiz?
- Əlbəttə, milli komandanı hər adam dəstəkləməlidi.
- Beynəlxalq aləmdə hansı komandaya azarkeşlik edirsiz?
- Konkret azarkeşlik etdiyim klub yoxdu. Bir dəfə Çempionlar Liqasının finalında “Atletiko” ilə “Real”ın matçını stadionda izlədim. “Atletiko”nun qalib gəlməsini istəyirdim, ancaq alınmadı.
Aida İSAQ