Modern.az

Elmar Məmmədyarov Polşaya getdi

Elmar Məmmədyarov Polşaya getdi

10 Aprel 2017, 09:56

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında azərbaycanlı nazir aprelin 12-də Varşavada keçiriləcək "Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

"Vişeqrad Qrupu" və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza