Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a açıqlamasında deyib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi:
“Məsələ ilə əlaqədar cinayət işi açılıb. Onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırmalar nəticəsində bilinəcək”.
Gülşən RAUFQIZI