Modern.az

Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

Azərbaycan Cibutiyə humanitar yardım göndərdi

10 Aprel 2017, 11:19

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.

Modern.az xəbər verir ki, aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin ayırdığı qida məhsulları ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Cibutiyə yola düşüb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli sudan ibarətdir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza