Modern.az

Azərbaycan XİN Cənubi Osetiya ilə bağlı bəyanat verdi

Azərbaycan XİN Cənubi Osetiya ilə bağlı bəyanat verdi

10 Aprel 2017, 11:40

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat verib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.


Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza