Modern.az

Dövlət qurumları 53442,7 min manat büdcə vəsaitini təyinatı üzrə xərcləməyib

Dövlət qurumları 53442,7 min manat büdcə vəsaitini təyinatı üzrə xərcləməyib

10 Aprel 2017, 13:31

Hesablama Palatasının 2016-cı il üzrə hesabatına görə, büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı nöqsanların xüsusi çəkisi daha böyükdür.

Qurumdan Modern.az-a verilənməlumatına görə, hesabat dövründə nəticələri ilə bağlı qərar verilmiş tədbirlər üzrə ümumilikdə 53442,7 min manat məbləğində vəsaitin təyinatının dəyişdirildiyi müəyyən olunub. Həmin məbləğin 17284,8 min manatı iqtisadi təsnifat kodunun, 26683,3 min manatı funksional təsnifat kodunun dəyişdirilməsi halları, 9474,6 min manatı isə xərclər smetasında nəzərdə tutulmayan, funksional fəaliyyətə aid olmayan və s. bu kimi istiqamətlərə yönləndirilməsi ilə bağlı olub.

Qeyd edək ki, nəzarət tədbirləri əsasən 2014-2015-ci illər və 2016-cı ilin birinci yarısı üzrə vəsaitləri əhatə edib. Bu baxımdan Cinayət və İnzibati Xətalar məcəllələrində 5 aprel 2016-cı il tarixində edilmiş dəyişiklər bu vəsaitləri əhatə etməyib. Yalnız Goranboy rayon Mərkəzi Rayon Xəstəxanasında aparılmış audit nəticəsində 8,7 min manat məbləğində vəsaitin iqtisadi təsnifat kodunun dəyişdirilməsi halı ilə bağlı materiallar müvafiq prokurorluq orqanına göndərilib.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza