Modern.az

Çempionlar Liqasında 1/4 final - Bu gün erkən final olacaq

Çempionlar Liqasında 1/4 final - Bu gün erkən final olacaq

12 Aprel 2017, 09:16

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Modern.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Dortmundda oynanılacaq. “Borussiya” - “Monako” görüşü dünən keçirilməli olsa da, meydan sahiblərini oyuna aparan avtobusun yaxınlığında baş vermiş 3 partlayış səbəbindən görüş təxirə salınmışdı.

Əsas diqqətlər Münhenə yönələcək. “Bavariya” öz meydanında “Real”ı qəbul edəcək. Bu görüşü erkən final da adlandırmaq olar.

Madriddə keçiriləcək matda isə “Atletiko” “Lester”lə münasibətlərinə aydınlıq gətirəcək.



1/4 final, ilk oyunlar

12 aprel

20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Monako" (Fransa)

22:45. "Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya)

22:45. "Atletiko" (Madrid, İspaniya) - "Lester" (İngiltərə)


11 aprel

"Yuventus" (İtaliya) -"Barselona" (İspaniya) - 3:0

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu