Modern.az

Tovuzda yol qəzası: 1 nəfər öldü

Tovuzda yol qəzası: 1 nəfər öldü

Aktual

12 Aprel 2017, 09:24

Tovuz rayonunda ağır yol qəzası olub, ölən var.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 03:15-də başa çatıb.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu