Azərbaycan Dillər Universitetində (ADU) İspaniyanın Mursiya Universiteti ilə əməkdaşlığa əsasən Erasmus Mundus proqramı çərçivəsində seminar keçirilib. Mursiya Universitetinin Tərcümə üzrə ixtisaslaşmış müəllimi Elena Mosias Oton “Hüquqi frazeologizmlər” mövzusunda məruzə ilə çıxış edib.
Modern.az xəbər verir ki, İspan dili kafedrasının müdiri Aynur Quliyeva və baş müəllim Rəna Əliyevanın iştirak etdiyi seminarİspan dili fakültəsində tərcümə üzrə təhsil alan tələbələr üçün keçirilib.
Qeyd edək ki, proqram çərçivəsində ADU-dan 2 magistr və 8 bakalavr tələbə Mursiya Universitetində təhsil almaq üçün İspaniyaya gedib.
Modern.az