Modern.az

Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat: İŞİD-çilər tutuldu

 Türkiyədə "seçki qutularına hücum"a qarşı əməliyyat: İŞİD-çilər tutuldu

13 Aprel 2017, 12:33

İŞİD terror qruplaşmasının Türkiyədə aprelin 16-da keçiriləcək referendumda bütün seçki qutularının ələ keçirilməsi ilə bağlı çağırışından sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyata başlayıblar.

Trend-in məlumatına görə, əməliyyat zamanı Mersində 9, Kırıkkaledə isə 5 nəfər saxlanılıb. Bundan başqa, Adanada İŞİD və "əl-Qaidə"yə üzv olmaqda şübhəli bilinən 10 nəfər tutulub.

Şübhəlilərin evlərində aparılan yoxlamalar nəticəsində İŞİD-ə aid olan sənədlər, terror təşkilatının bayrağı, kompüter və silah aşkarlanıb.

Əməliyyat davam edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu