Modern.az

Aprel şəhidlərindən bəhs edən kitabın Sumqayıtda təqdimatı olub

Aprel şəhidlərindən bəhs edən kitabın Sumqayıtda təqdimatı olub

Aktual

15 Aprel 2017, 20:31

Sumqayıt  Regional Mədəniyyət  və Turizm  İdarəsinin  və  Əli Kərim adına Poeziya klubunda  araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkün  “Qalibiyyət – şəhidlər və şahidlər”,   “Samir, Nazim , Elşən!”  kitablarının təqdimatı keçirilib. Poeziya klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun ötən ilin aprel ayınada  doğma torpaqlarımizi düşmən tapdağından azad edərkən  şəhid  və qazi olanların həyatından bəhs edən kitabların təqdimat mərasimində Sumqayıt şəhəri  İcra Hakimiyyətinin  əməkdaşları, Millət vəkilləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Sumqayıt şəhər bölməsinin rəisi, şəhid ailələrinin üzvləri,  tanınmış yazıçılar, şəhər ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış Poeziya klubunun direktoru,  şair İbrahim “Qalibiyyət – şəhidlər və şahidlər”,   “Samir, Nazim , Elşən!”   kitablarının təqdimatını   poeziya evininin  fəaliyyət göstərdiyi tarixdə ən möhtəşəm tədbir adlandırdı: “Çünki  Aida Ryvazlı Göytürkün yazdığı  kitablar  ötən ilin aprel ayında  vətən torpaqlarını  mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhsd edir. Kitabın  şəhidlərimizin bir qəhrəman kimi  tarixdə yaşamasına bələdçi olacaq”.

Azərbaycanın əməkdar  juranalisti  və publisisti Rəhman Orxan kitabın məziyyətlərindən danışaraq qeyd edib ki,  həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən  apreldə şəhid olan, qazi olan insanların evlərini kəndbəkənd gəzərək, onların  həyatlarını nağıl kimi qələmə alıb. O şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəcindən keçirərək  vətən oğullarının qəhrəmanlıq tarixini yazıb.

“Şəhid adı, qazi adı hər zaman müqəddəsdir”,- deyən millət vəkili Muxtar Babayev, vətənin torpaqlarını qoruyaraq,  azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin  adının, xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğuladı və qeyd etdi ki, ensklopedik və tarixi məqamlarla dolu olan “Qalibiyyət – şəhidlər və şahidlər” kitabı  bu gündən sonra hər bir məktəblinin  stolüstü kitabı olmalıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də  Vətən şəhidlərinin adının  belə bir nəfis kitabda əbədiləşdirilməsini zəfər tariximizə yazıldığıni qeyd etdi. 

Tanınmış yazıçı  Varis  “Vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman  fərqləndiyini, jurnalist Rəhman Orxanın,  Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını və bu qızıl pleadaya artıq Aida Eyvazlı imzası da qoşuldu”,- söylydib.

Sumqayıtın ağsaqqal söz ustası şair, əəməkdar mədəniyyət işçisi  Əşrəf Veysəlli tədfbirdə iştirak edən şəhid analrının və ailələrinin  hər zaman Azərbaycanxalqı üçün  əziz olduğunu, şəhidlik məqaminin müqqəddəsliyindən danışaraq, özünün “Şəhid anası gəlir” şerini oxuyub.

Şair bildirib ki, müəllif  hər şəhid haqqında yazı yazdıqca özü də hər gün şəhid olurdu.  Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt  şəhər təşkilatının İdarə Heyətinin sədri, əməkdar jurnalist   Rafiq Oday  Aida Eyvazlı Göytürkə “2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ömür yolundan bəhs edən “Qalibiyyət – şəhidlər və şahidlər” kitabına görə “Müqəddəs Qələm” media mükafatı ilə təltif edib

Sumqayıt şəhəri İcra hakimiyyətinin  humanitar məsələlər üzrə inspektoru Şüşə Aslanova  aprel şəhidlərimizin həyatından bəhs edən  kitabı bir ana kimi oxuduğunu və müəllifin də bütün anaların, gəlinlərin ağrılarını peşəkarlıqla qələmə aldığını bildirib.

Tədbirdə  aprel şəhidlərimiz  Şulan Bayramov, Fəxrəddin Qurbanlı, Elvin Mirzəyev, Mühit Orucov, Vüqar Yusifov, Elnur Əliyev, Seymir Baxışov, Murad Məmmədov və Əbdül məcid Axundovun ailə üzvləri də iştirak edirdi. Şəhid ailələrinin adından çıxış edən Əbdülməcid Axundovun anası   Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün müəllif Aida Eyvazlıya minnətdarlığını bildirərək, əlavə edib ki, Vətən o şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur. Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunmasını arzulayır.

Qarabağ qazisi Usta Fəxrəddin söz alaraq  bildirdi ki, onun qardaşı  1992-ci ildə Lələtəpə uğrunda döyüşlərdə həlak olub.  Ötən il şəhid qardaşının doğum günündə 2 apreldə isə  aprel şəhidləri onun qardaşının arzusunu yerinə yetiriblər.

İbrahim İlyaslı tədbrin sonunda sözü   “Qalibiyyət – şəhidlər və şahidlər”,   “Samir, Nazim , Elşən!”   kitablarının müəllifi Aida Eyvazlı Göytürkə verilib.  A.Eyvazlı  şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək,  Vətənimizə Qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürür duyduğunu bildiri. Müəllim qeyd etdi ki, “Qalibiyyət – şəhidlər və şahidlər”  kitabının ikinci cildi də bu ilin sonuna kimi işıq üzü görəcək.

Tədbirin sonunda qonaqlara, təhsil idarələrinə, şəhərin kitabxanalarına  və oxuculara hər iki kitablar müəllifin imzası ilə hədiyyə olaraq təqdim olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu