Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

16 Aprel 2017, 11:59

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 7-10° isti, gündüz 17-22° isti, Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.   Nisbi rütubət   gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, aprelin 17-də hava əsasən yağmursuz, bəzi yerlərdə duman olacaq. Lakin gündüz  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.  

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu