Modern.az

Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib-FOTO

Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib-FOTO

Aktual

16 Aprel 2017, 18:10

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 918 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

 

Nəticə etibarilə 33 541 kv.m ərazi (991 kv.m əl ilə, 12 600 kv.m mexaniki üsulla və 19 950 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu