Modern.az

"Qarabağ" 5-ci dəfə Azərbaycan çempionu oldu

"Qarabağ" 5-ci dəfə Azərbaycan çempionu oldu

Aktual

16 Aprel 2017, 20:29

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunları keçirilib. Modern.az xəbər verir ki, günün əsas oyunu Ağdamın "Qarabağ" və Bakının "İnter" klubları arasında keçirilib.

Bu oyunda Qurban Qurbanovun baş məşqçi olduğu komanda "İnter"lə səfər matçında 3:0 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Mədətov açıb. Digər qolları isə 54-cü və 79-cu dəqiqələrdə cənubi afrikalı hücumçu Dino Ndlovu vurub. Bu oyundan sonra  56 xala malik "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal geridə qoyub. Bununla da "Qarabağ" sona 2 tur qalmış  2016-2017 mövsümündə çempionluğunu rəsmiləşdirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu