Bu gün Türkiyədə keçirilən referendumun ilkin nəticələri açıqlandıqdan sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu partiyasının baş ofisinə gəlib.
Bu haqda Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, Kılıçdaroğlu CHP-nin Mərkəz Yürütmə Kurulunun fövqəladə iclasını çağırıb.
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb.
CHP-nin iddiasına görə, seçki nəticələrinin elan olunmasında manipulyasiya edilib.
Seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib.
Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.
Aqşin KƏRİMOV