Modern.az

Alimlərdən həyəcan TƏBİLİ: “Energetik içkilər ürək üçün çox təhlükəlidir”

Alimlərdən həyəcan TƏBİLİ: “Energetik içkilər ürək üçün çox təhlükəlidir”

Aktual

1 May 2017, 11:45

ABŞ alimləri energetik içkilərin tərkibində kofein olan digər içkilərdən daha təhlükəli olduğunu müəyyən edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Kardiologiya Assosiasiyası açıqlama verib.

 

Onların fikrincə, energetik içkilər QT (ürəyin elektrik sistolu) intervalını 2 saatda 10 millisaniyə ötür.

“Bu müddətdə ürək qeyri-normal döyünür. Nəticədə aritmiya sağlamlığa təhlükə törədir”.

 

Amerikalı alimlər çoxsaylı təcrübələrdən sonra energetik içkilərdən çox istifadə etməməyi məsləhət görüb.

 

Vüqar İSMAYILOV  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...