İsveçin Stoqholm şəhərinin Yerfelle şəhərində yerləşən İmam Əli Məscidi yanaraq külə dönüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi ehtimal olunur.
“Ehtimal olunur ki, yanğın kənardan törədilib” - deyə Stoqholm polisinin rəsmisi Lars Bistrem deyib.
Yanğın hadisəsi zamanı məscidin kitabxanası da külə dönüb. Ümumilkdə, kompleksin böyük hissəsi istifadəyə yararsız hala gəlib.
Vüqar İSMAYILOV