Modern.az

Əcnəbi vətəndaşı soyanlar saxlanıldılar

Əcnəbi vətəndaşı soyanlar saxlanıldılar

Aktual

1 May 2017, 12:44

Aprelin 30-da saat 2 radələrində Səbail rayonu ərazisindəki Sahil bağında əcnəbi vətəndaşı Dean Simpsonun  içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını açıq talama yolu ilə almış şəxslər yaxalanıblar.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev hadisə yerindən qaçmaq istəyərkən 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...