Modern.az

“Azərbaycanda gimnastikaın inkişafını çox yüksək dəyərləndirirəm”

“Azərbaycanda gimnastikaın inkişafını çox yüksək dəyərləndirirəm”

Aktual

1 May 2017, 12:56

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe, Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katore akademiyanın qonaqları olub.

 

Modern.az xəbər verir ki, qonaqlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan bərpa işləri, yenicə istifadəyə verilən gimnastika zalı, “idman jurnalistikası” ixtisasının nəzdində fəaliyyət göstərən media studiyası və “idman tibbi və reabilitasiyası” ixtisası üçün tibbi laboratoriya ilə yaxından tanış olublar.

 

Həmçinin tədbir zamanı Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe aakademiyanın “ fəxri doktor” adına layiq görülüb.

 

Görüşün sonunda Beynəlxalq Gimnastika Federasiyasının prezidenti media nümayəndələrinin suallarını cavablandırıb.

 

O, fəxri ada layiq görüldüyünə görə şad olduğunu bildirib:

 

“Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirirəm. Əminəm ki, 2020-ci il Tokio Olimpiya Oyunlarında Azərbaycan nümayəndələri idman gimnastikası, bədii gimnastika və batud gimnastikası üzrə yarışlarda təmsil olunacaq.”

 

M.Vatanabe gimnastika yarışlarında yeniliklərin nəzərdə tutulduğunu da vurğulayıb.

 

“Azərbaycan Gimnastika Federasiyası gimnastika üzrə yarışların keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir. Bundan öncəki illərdə də dünya kuboku yarışları keçirilib və biz hər dəfə bu yarışlarda yeniliklər görürük. Bütün iştirakçılar bu yeniliklərdən çox məmnun qalırlar.”

 

Məcid Əmirov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...