Modern.az

Sabahın hava PROQNOZU: yağış, dolu, külək - XƏBƏRDARLIQ

Sabahın hava PROQNOZU: yağış, dolu, külək - XƏBƏRDARLIQ

Aktual

1 May 2017, 13:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 28, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında sabahhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Xəbərdarlıq

Mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...