Modern.az

70 yaşlı kişi “Əhmədli” stansiyasında relsin üzərinə yıxılıb

70 yaşlı kişi “Əhmədli” stansiyasında relsin üzərinə yıxılıb

Aktual

1 May 2017, 13:18

Bu gün 70 yaşlı kişi metronun “Əhmədli” stansiyasında relslərin üzərinə yıxılıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləiyb.

N.Paşayev bildirib ki, hadisə mayın 1-də saat 10:39-da “Əhmədli” stansiyasında qeydə alınıb:

 “Xətai rayon sakini, 1947-ci il təvəllüdlü Qurban Əliyev Əhmədli stansiyasında relslərin üzərinə yıxılıb. Maşinist dərhal qatarı saxlayıb. Gərginliyi çıxardıqdan sonra sərnişin platformaya çıxarılıb”.

 

Qurum rəsmisinin sözlərinə görə, sərnişin heç bir xəsarət almayıb:

 “Sərnişin bildirdi ki, qəfildən özünü pis hiss edib, başı hərləndiyi üçün yıxılıb”.


Gülşən RAUFQIZI

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...