Milli Cəbhə” partiyasından Fransa prezidentliyinə namizəd Marin Le Pen Avropa Birliyinin yerinə alternativ təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın siyasətçi yeni formatın daha uğurlu olacağını düşünür.
“Mən avropalıyam amma siyasi kursundan tamamilə ayrılmış Avropa Birliyi kimi strukturu istəmirəm. Məsələn, yeni struktur yaradıb, ona Avropa alyansı adını verə bilərik”.
Le Penin fikrincə, bütün üzv ölkələr Brüsselin siyasətindən əziyyət çəkir.
Vüqar İSMAYILOV