Modern.az

“Qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə ən yüksək səviyyədə təmin olunacaq”

“Qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə ən yüksək səviyyədə təmin olunacaq”

Aktual

1 May 2017, 16:29

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları və Azərbaycanda İslam Həmrəyliyi ili çərçivəsində "Gücümüz həmrəyliyimizdir" mövzusunda konfrans keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda gənclər və idman naziri Azad Rəhimov çıxış edib.

 

O  bildirib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük nailiyyətlərə imza atıb.

 

"İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi tarixi hadisədir. Azərbaycan I Avropa Oyunları və Formula 1 Gran Prisi kimi böyük layihələrə ev sahibliyi edib. İslam Həmrəyliyi Oyunları ilə bütün İslam ölkələri Azərbaycanda birləşəcək. 10 gün davam edəcək böyük idman tədbirində 57 ölkənin 3000-dək idmançısı 20 idman növündə mübarizə aparacaq.

 

Yarış zamanı ölkəmizə gələn qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə ən yüksək səviyyədə təmin olunacaq. Ölkəmizdə idmanın inkişafı ən yüksək səviyyədədir. Biz dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. İnanırıq ki, bu tədbirin də ən yüksək səviyyədə keçirilməsinə nail olacayıq"

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...