Venesuelada minimal əmək haqları 60% qaldırılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə iqtisadi böhran səbəbindən başlayan aksiyalar fonunda əmək haqları 60% qaldırılıb.
Beləliklə, venesuelalıların minimal əmək haqları 40,6 min bolivardan (4 min dollar) 65 min bolivara(6,4 min dollar) qədər artırılıb. Venesuela prezidenti Maduro bütün ölkə vətəndaşlarına əlavə pulların ayrılacağını bildirib.
Xatırladaq ki, ölkə müxalifəti 2018-ci ilin dekbarında keçiriləck prezident seçkilərinin daha erkən vaxtda baş tutmasını tələb edir.
Vüqar İSMAYILOV