ABŞ hökuməti Ermənistanda parlament seçkilər zamanı saxtakarlıqlara əl atan məsul şəxslərə qarşı sanksiya tətbiq edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz deyib. Onun sözlərinə görə, həmin şəxslər Amerika hökumətinin maliyyələşdirdiyi layihələrdən kənarlaşdırılacaq.
“Əldə etdiyimiz etibarlı məlumatlardan isitfadə edərək belə şəxsləri maliyyələşdirdiyimiz layihələrdən kənarda saxlayacağıq”.
Riçard Milız seçkilərdə seçicilərə pul təklifinin, inzibati təzyiqlərin geniş yayıldığını və rəsmi Yerevanın bu məsələni ciddi şəkildə araşdırmalı olduğunu deyib.
Xatırladaq ki, 2 aprel seçkilərində hakim Respublika partiyası qalib olub.
Modern.az