Modern.az

Uşu sanda üzrə millimiz İslam Oyunlarına hazırdı - FOTOLAR

Uşu sanda üzrə millimiz İslam Oyunlarına hazırdı - FOTOLAR

Aktual

2 May 2017, 14:41

Bakıda keçiriləcək  həmrəylik oyunlarında 21 idman növü üzrə 57 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək.

 

 

Modern.az bu idman növlərindən biri olan uşu sanda ilə bağlı maraqlı araşdırma aparıb. Məlum olub ki, “İslam Həmrəylik Oyunlar”ında uşu sanda idman növünə 2013-cü ildən etibarən yer verilib.

 

“İslam Həmrəylik Oyunları”nda bəhs etdiyimiz idman növü üzrə çıxış edəcək idmançıların siyahısı məlum olub.

 

Yarışda Orxan Hətəmov (48 kq), Elçin Eminov (56 kq), Ruslan Pirəliyev (60 kq),  Şəmmədov Bayram (65 kq), Vüqar Kərimov (70 kq) çıxış edəcək.

Xatırladaq ki, adı çəkilən idmançılardan Ruslan Pirəliyev (gümüş) və Elçin Eminov (bürünc) 2013-cü il İndoneziyada keçirilən İslam Oyunlarının mükafatçısıdır.

 

75 kq çəki dərəcəsində isə bir sıra mötəbər yarışların qalibi, dəfələrlə dünya çempionu olan kobra ləqəbli idmançı Pərviz Abdullayev iştirak edəcək.

İdmançılarla yanaşı məşqçilər korpusunu təqdim edirik.

Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoy, həmçinin milli komandanın baş məşqçisi vəzifəsini icra edir. Böyük məşqçi Bahrəddin Səlimov və  Elşad İbrahimovdur.

 

6 idmançı ilə təmsil olunduğumuz “Moskva ulduzları” beynəlxalq turnirindən 5 medalla qayıdan Azərbaycan idmançıları, bu göstərici ilə oyunlarda yüksək nəticə vəd edir.

 

 

Qeyd edək ki, fevral ayında keçirilən bu turnirdə millimiz 3 qızıl, 1gümüş və 1 bürünc medal qazanıb.

 

Dağıstan Respublikasının Maxaçkala şəhərində 15 günlük təlim məşq toplanışını bir neçə gün öncə başa vuran sandaistlər son hazırlıqlarını Bakıda davam etdirir.

 

Qeyd edək ki, bu idman növü üzrə yarışlar oyunların son günlərinə təsadüf edir. Belə ki, may ayının 19-da çəki, 20, 21, 22-də isə döyüşlər baş tutacaq.

 

 

Məcid Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok