Modern.az

Ərdoğan 33 ay sonra yenidən AKP-yə üzv oldu

Ərdoğan 33 ay sonra yenidən AKP-yə üzv oldu

Aktual

2 May 2017, 14:47

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 33 ay sonra yenidən qurucusu olduğu AKPY-yə üzv olub.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu 16 aprel referendumundakı dəyişiklik sayəsində baş tutub. Bundan əvvəl, konstitusiya ölkə prezidentinin hər hansı partiyaya üzv olmağını qadağan edirdi.

 

Buna görə 2014-cü ilin avqusutnda prezident seçkilən Ərdoğan AKP sıralarını tərk edərək sədrliyi Əhməd Davudoğluna vermişdi.

 

Üzvlük müraciətini partiyanın qərargahında imzlayan Ərdoğan 33 ay yaxud 979 gün sonra yenidən partiyasının sıralarına dönüb.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama