Mayın 3-5 tarixlərində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaq.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində katibi Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Modern.az