Modern.az

Çexiyanın baş naziri istefa verdi

Çexiyanın baş naziri istefa verdi

2 May 2017, 17:53

Çexiyanın Baş naziri Bohuslav Sobotka maliyyə naziri Andrey Babişin vaxtilə vergi ödəməkdən yayındığını gizlətməkdə şübhəli bilinməsi ilə əlaqədar vəzifəsindən istefa verib.

 

Modern.az-ın məlumatına görə, B.Sobotka Çexiya Prezidenti Miloş Zemana bu həftə hökümətin istefasını təqdim edəcəyini bildirib.

 

Bəzi KİV-lər bunun ölkədə parlament seçkilərinə 6 ay qalmış hökumət daxilində böhranın olduğunu göstərdiyini yazır.

Qeyd edək ki, A.Babiş ölkənin ən zəngin ikinci iş adamıdır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama