Modern.az

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

MTN generallarının məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

2 May 2017, 18:37

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

S. Qurbanovun vəkili İlkin Mustafa APA-ya deyib ki, iclasda zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş Nizami Quliyev ifadəsində hər hansı şikayət və tələbinin olmadığını, MTN-də hər hansı təzyiqə məruz qalmadığını deyib. Daha sonra iclasda zərərçəkmiş şəxslərdən Rahib Əmiraslanov ifadə verib. O da şikayət və tələbinin olmadığını, MTN-də hər hansı pis rəftarla qarşılaşmadığını açıqlayıb.

 

Zərərçəkmiş Anar Bəylərov ifadəsində MTN əməkdaşlarından şikayətçi olmadığını, MTN-də təzyiqə məruz qalmadığını və ona hər hansı ziyan dəymədiyini söyləyib.

 

İ. Mustafa bildirib ki, iclasda bir neçə şahid də ifadə verib.

 

Proses mayın 4-də davam edəcək.

 

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama