Modern.az

“Sərxoşluğa görə” orden... İçin və təltif olunun

“Sərxoşluğa görə” orden... İçin və təltif olunun

2 May 2017, 21:20

Alkoqolizmə qarşı bütün dövrlərdə ciddi mübarizə aparılıb. İnsanları bu vərdişdən uzaq etmək, spirtli içkilərə qarşı meylliliyini azaltmaq, bu içkilərdən istifadəyə məhdudiyyətlər tətbiq etmək üçün bir çox üsullara əl atılıb. Bununla bağlı qanunların tətbiqi, tənbehlər, ictimai qınaq və s. kimi tədbirlər bir növ cəza tədbirləri sayılıb.

Modern.az-ın məlumatına görə, vaxtilə 1-ci Pyotr bu mübarizədə yeni bir metod seçib. Çəzalandırmaq yox, mükafatlandırmaq. Beləliklə, Pyotrun əmri ilə “Sərxoşluğa görə” ordeni hazırlanıb. Çuqundan hazırlanan ordenin çəkisi 7 kq olub. Bu ordenin zəncirsiz olan çəkisidir. Və nəzərə alsaq ki, 7 kq-lıq ordenə kifayət qədər qalın zəncir lazımdır, ümimi cəkinin 10 kq-dan artıq olduğu aydın olur. Bu orden sərxoşluqda xüsusi fərqlənənlərə təqdim edilib. “Təltif” sahibi öz mükafatını bir həftə ərzində boynunda gəzdirməyə məcbur olub. Pyotr bəyan edib ki, buyurun, için və ordenlə təltif olunun.

1-ci Pyotrun bu qeyri-adi “mükafat”ından sonra alkoqolizmə qarşı mübarizədə müsbət nəticələr əldə olunub.


İlham Cəmiloğlu 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama