Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Akademiyanın Rəyasət Heyətində keçirilən Ümumi yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezident və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifələrinə seçkilər keçirilib.
AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı qərarına əsasən elmi və ali təhsil müəssisələri tərəfindən AMEA-nın həqiqi üzvlüyünə 29, müxbir üzvlüyünə 143 namizəd irəli sürülüb.
AMEA-nın 2 may 2017-ci il tarixli Ümumi yığıncağında aşağıdakı alimlər AMEA-nın həqiqi və müxbir üzvü seçiliblər.
Bundan əlavə, akademik Dilqəm Tağıyev AMEA-nın vitse-prezidenti, Nərgiz Axundova İctimai Elmlər, Nazim Məmmədov isə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmələrinin akademik-katibi seçiliblər.
AMEA-nın həqiqi üzvləri:
№ | Soyadı,adı, atasının adı | İxtisas |
1 | Məmmədov Yusif Əbülfət oğlu | |
2 | Məmmədov Nazim Timur oğlu | |
3 | Nəhmədov Ənvər Pirverdi oğlu | |
4 | Məcidov Əjdər Əkbər oğlu | Kimyəvi kinetika və kataliz |
5 | Feyzullayev Əkpər Əkpər oğlu | Neft-qaz geologiyası |
6 | Qurbanov Fazil Səməd oğlu | |
7 | Əli-zadə Validə Mövsüm qızı | |
8 | Paşayeva Nərgiz Arif qızı | |
9 | İmanov Muxtar Kazım oğlu | |
10 | Cəfərov Nizami Qulu oğlu | |
11 | Nağısoylu Möhsün Zellabdin oğlu | |
12 | Səfərova Zemfira Yusif qızı | |
13 | Axundova Nərgiz Çingiz qızı | |
14 | Mahmudov Yaqub Mikayıl oğlu | |
15 | Mustafayev Şahin Məcid oğlu | |
16 | Baxşəliyeva Gövhər Baxşəli qızı | |
AMEA-nın müxbir üzvləri:
№ | Soyadı,adı, atasının adı | İxtisas |
1 | Mərdanov Misir Cumayıl oğlu | |
2 | Mehdiyeva Səlimə İbrahim qızı | |
3 | Sadıqov Əminağa Bəhmən oğlu | Kompüter elmləri |
4 | İbrahimov Vaqif Rza oğlu | Kompüter elmləri |
5 | Alıquliyev Ramiz Məhəmməd oğlu | |
6 | Məmmədova Məsumə Hüseyn qızı | |
7 | İsmayılov İsmayıl Mahmud oğlu | |
8 | Səmədov Oqtay Əbil oğlu | Radiasiya materialşünaslığı |
9 | Qasımov Oqtay Kazım oğlu | |
10 | Zeynalov Eldar Bahadur oğlu | Kimyəvi kinetika və kataliz |
11 | Əliyev Tofiq Abbasəli oğlu | Kimya (AMEA-nın Naxçıvan Bölməsi) |
12 | Hüseynov Dadaş Ağa-Cavad oğlu | Neft-qaz geologiyası |
13 | Qasımov Elmar Mustafa oğlu | |
14 | Musayev Əlişir Veys oğlu | |
15 | Mamedov Arif Mamedoviç | |
16 | Quliyev Əlövsət Gülüş oğlu | Aqrar elmlər |
17 | Novruzov Vaqif Seyfəddin oğlu | Botanika (AMEA-nınGəncə Bölməsi ) |
18 | Araslı Nüşabə Həmid qızı | |
19 | Mustafayev Tehran Əlişan oğlu | |
20 | Əliyev Kamran İmran oğlu | |
21 | Əlizadə Firəngiz Əliağa qızı | |
22 | Qasımlı Musa Cəfər oğlu | |
23 | İmanov Qorxmaz Cahangir oğlu | |
24 | Bünyadzadə Könül Yusif qızı | |
25 | Həsənli Oruc Qafar oğlu | Psixologiya ( AMEA-nın Naxçıvan Bölməsi) |
Modern.az