Ermənistanda beşəm doğulub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı Lilit Poqosyan və 24 yaşlı David Karapetyanın 5 uşağı birdən dünyaya gəlib. Hadisə Yerevanın Erebuni klinikasında qeydə alınıb.
Uşaqlardan 1-nin oğlan, 4-nün qız olduğu bildirilir. Doğuş hamiləliyin 28-ci həftəsində baş tutduğu üçün 650-880 qram arasında olan uşaqların vəziyyətinin stabil olduğu bildirilir.
Vüqar İSMAYILOV