İranın şimal-qərbindəki mədənlərdən birində baş verən partlayış zamanı azı 50 nəfər dağıntılar altında qalıb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərində baş verib.
İran Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, dağıntılar altında 40-50 arasında insan qalıb. Onların xilas edilməsi üçün ərazitə texnika və canlı qüvvə cəlb olunub.
Vüqar İSMAYILOV