Modern.az

Uşu Sanda Federasiyası tərəddüdə son qoydu – ikisindən birini seçdi

Uşu Sanda Federasiyası tərəddüdə son qoydu – ikisindən birini seçdi

3 May 2017, 17:03

Bu gün islam oyunlarının idman növlərindən biri olan uşu sanda komandası tam heyətlə media nümayəndələri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, beynəlxalq mətbuat mərkəzində baş tutan konfransda Uşu Sanda federasiyanın prezidenti, həmçinin milli komandanın baş məşqçi vəzifəsini yerinə yetirən Azər Həsənsoy İslam Oyunlarında çıxış edəcək heyəti rəsmi olaraq açıqlayıb.

 

Orxan Hətəmov (48 kq), Elçin Eminov (56 kq), Ruslan Pirəliyev (60 kq),  Şəmmədov Bayram (65 kq), Vüqar Kərimov (70 kq), Pərviz Abdullayev (75 kq).

Azər Həsənsoy qaydalara əsasən 2 nəfər idmançının da ehtiyatda olacağını vurğulayıb. Bunlar Taleh İsayev və Rəfael Tarıverdiyevdir.

 

Baş məşqçi yarışın favorit komandaları barədə danışıb.

 

“Uşu sanda idman növündə Çin, Rusiya, İran ölkələrinin güclü idmançıları var. 17 ölkə sanda yarışlarında təmsil olunacaq. Təbii ki, Çin və Rusiya bu oyunlarda iştirak etmədiyindən əsas rəqibimiz İran komandasıdır. Etiraf etmək lazımdır ki, İran millisinin üzvləri fiziki cəhətdən olduqca güclüdür. Lakin texniki hazırlıq baxımından milli komanda nəinki İran, dünyanın digər ölkələrindən də yüksək səviyyədədir ”.

 

Modern.az bildirir ki. Azər Həsənsoy milli heyətin tərkibinin formalaşmasında qaranlıq qalan məqamlara da aydınlıq gətirib.

 

“Dünya çempionatı və bir sıra mötəbər yarışlarda göstərilən nəticələrə əsasən çəkilərin iştirakçılarını müəyyənləşdirdik. Sadəcə 70 kq çəki dərəcəsində iki  idmançı arasında seçim etməkdə bir qədər çətinlik çəkdik. Vüqar Kərimov və Taleh İsayev bərabər səviyyəli idmançılar olduğundan onları bir neçə mərhələdə sınadıq. Yekun qərarı böyük məşqçilər Bahəddin Səlimov və Elşad İbrahimovla müzakirələrdən sonra qəbul etdik. Daxili görüşlərdə Taleh İsayev xal hesabı ilə öndə olsa da, Vüqar Kərimov beynəlxalq yarışlarda göstərdiyi nəticələrə əsasən bu yarışın heyətinə salınıb”.

 

Məcid Əmirov

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama