Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaradağa yetişdi.
Modern.az xəbər verir ki, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Masazır gölü ətrafında tədbir keçirildi. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”-dən biri hesab olunur. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.
Su mərasimi,şahmatvə rəsm həvəskarı Mirəkrəm Bağırlı, karate üzrə Dünya və Avropa Çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısıFərhad Acalovtərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Neftçi İdman Klubu ictimai birliyinin Qaradağ İdman Təlim Bazasında daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfirləri və “Bu Şəhərdə” - nin tanınmış simaları Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov və Bakı 2017 Oyunlarının ulduz səfiri Hacı Nuran da var idi. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşatdı.
Mərasim axşam saatlarındaQaradağ rayonu, Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Tədbirə sərbəst girişimkanı olan region sakinləri Mirvari rəqs qrupu, Aşıq Əli və Aşıq Samirə, Azərbaycan Ritmləri Mahnı və Rəqs ansamblının ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq aldılar.
Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qaradağ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.
Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov demişdir: “Bu tədbir həm idman, həm də birlik, tolerantlıq dəyərlərini özündə daşıyan ictimai tədbirdir. Tədbirin bir hissəsi olduğuma görə qürur duyuram.”
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 5 may tarixində Sumqayıt şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.
Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, //www.baku2017.com/en/p/journey-from-the-caspianveb-saytında tanış ola bilərsiniz.
Modern.az