Modern.az

Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir

Biznesmen oğlunun törətdiyi hadisəyə görə cinayət işi açılıb - Yol polisi hələ gözləyir

5 May 2017, 15:59

Mayın 3-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində hərəkətdə olan "Porsche” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobilin gənc qadını vurub öldürməsi hadisəsi cəmiyyətdə geniş müzakirə olunur. Hadisəni tərədən 15 yaşlı Ağəli Fərəcov biznesmen Füzuli Fərəcovun oğludur. Çoxları onun cinayət məsuliyyətindən kənar tutulacağını düşünür.

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, insan ölümü olduğu üçün cinayət işi açılıb.

“Cinayət işi qaldıranda təbdir görülür. Cinayət işi tam araşdırılandan sonra bu barədə ətraflı məlumat veriləcək”.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama