Bu gün Türkiyənin bütün bölgələrində baharın müjdəsini verən Hıdırellez (Xızır günü) qeyd olunur. Modern.az-ın məlumatına görə, mövsümi bayram sayılan Hıdırellez ruzi günü, Xızır və İlyas peyğəmbərlərin Yer üzündə görüşdükləri gün kimi də anılır.
O üzdən də Xızır və İlyas sözləri birləşərək, xalq dilində Hıdırellez adlanıb. Mayın 6-dan 8-nə kimi olan müddət “Xızır günləri” adıyla yaz mövsümünü müjdələyir. Türkdilli ölkələrin çoxunda bayram kimi qeyd edilən Hıdırellezdə qış mövsümü bitir!
Yazı salamlayan insanlar bir araya gəlir və Hıdırellez şənliyi başlayır. Hıdlrellez üçün əvvəldən hazırlıqlar aparılır. Evlər təmizlənir, yeni libaslar alınır, bayram yeməyi hazırlanır. Xüsusilə ev təmizliyinə diqqət edilir. Çünki təmiz olmayan evlərə Xızırın uğramayacağı düşünülər.
Anadolunun bəzi yerlərində Hıdırellez günü edilən duaların və istəklərin qəbul olması üçün sədəqə vermə, oruc tutma və qurban kəsmə adəti var. Qurban və əhdlər Xızır haqqı üçün olmalıdır. Çünki bütün bu hazırlıqlar Xızıra rast gəlmək məqsədi daşıyır. Hıdrellez daim yaşıllıq, ağaclıq sahələrdə, su kənarlarında, bir türbə ya məscidlərin yanında qeyd edilir.
Bu bayramda baharın təzə bitkilərini və təzə quzu əti ya da quzu ciyəri yemək adətdəndir. Baharın ilk quzusunu yeyənlər xəstəliklərdən şəfa tapacaqlarına inanırlar. Bu gündə çöllərdə çiçək və ya ot yığıb onları qaynatdıqtan sonra suyu içilsə, bütün xəstəliklərə yaxşı gələcəyinə, bu su ilə qırx gün yıxanılırsa, gənçləşib gözəlləşəcəkərinə hardasa əmindilər.
Hıdrellez gecəsi Xızırın uğradığı yerlərə və toxunduğu şeylərə bərəkət verəcəyi inancıyla müxtəlif hazırlıqlar görülür. Yemək qablarının, anbarların və cüzdanların ağızları açıq buraxılar. Ev, bağ-bağça, maşın istəyən kəslər, Hıdırellez gecəsi hər hansı bir yerə istədiklərinin kiçik bir şəklini çəkirlər.
Hıdırellezdə bəxt açma mərasimləri də olduqca məşhurdur. Mərasimlərə qoşulanlar baharda təbiətin və bütün canlıların oyanmasıyla bəxtlərinin açılacağına inanırlar. Bir gecə əvvəl bəxtini sınamaq və qismətinin açılmasını istəyən gənc qızlar yaşıllıq bir yerdə və ya bir su kənarında toplanırlar. İçində su olan bir saxsı qaba özlərinə aid üzük, sırğa, bilərzik kimi şeylər qoyaraq, ağzını bağladıqdan sonra bir gül kolunun dibinə basdırırlar.
Səhər erkəndən gedb südlü qəhvə içib, niyyət qabını açırlar. Qabın içindekilər çıxarılarkən bir yandan da mahnılar oxunur.
Xızır günündə eyni zamanda Novruz bayramında olduğu kimi, tonqal yandırılır, üzərindən atlanırlar. Sonra dilək ağaclarına arzuların yazıldığı bantlar baglanır...
Məhsəti Şərif