Estoniya Hərbi Hava Qüvvələri Rusiya prezident aviasiyasına məxsus İL-96 təyyarəsinin ölkənin hava sərhəddini pozduğunu bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarə diplomatik icazə olmadan Vayndlo adası yaxınlığında hava məkanına daxil olub.
Ehtimal olunur ki, təyyarədə xarici işlər naziri Sergey Lavrov olub.
Vüqar İSMAYILOV